Pernilla Karlsson-Finlandiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Pernilla Karlsson 1990-cı il iyunun 11-də doğulub. 22 yaşlı bu müğənni Finlandiyanın həndbol üzrə yığma komandasının üzvüdür. Onun həyatında idman və musiqi başlıca yer tutur. Pernilla Karlsson "När jag blundar"("Gözlərimi yumarkən") mahnısı ilə Finlandiyanın Milli Finalının qalibidir. Bununla da o, Avropanın ən populyar televiziya şousunda ölkəsini təmsil etmək şansı qazanıb.
Developed by StudentB